14 
Avq
2022
15:07
1226

İrəvanda güclü partlayış baş verdi - Bir nəfər ölüb, onlarla insan yaralanıb

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb

Bu barədə InterPress.ge yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.

Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.

O, hazırda xəstəxanaya 7 yaralının gətirildiyini, lakin bunun tam deyil, yaralıların sayının hər an dəyişə biləcəyini bildirib.

Hadisə yerinə ölkə rəsmiləri gəlib. 

Qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var.  

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. 

Bizimlə əlaqə saxlayın