Polis həmkəndlisini avtomobillə vuran şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Axmeta rayon şöbəsinin əməkdaşları tərəfindən Kaxeti rayon prokurorluğu ilə birgə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü C.L. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, insan tələfatı ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməməkdə və pozmaqda ittiham olunur.
İstintaq müəyyən edib ki, sərxoş vəziyyətdə olduğu bildirilən təqsirləndirilən şəxs bu il iyunun 27-nə keçən gecə Axmeta bələdiyyəsinin Sakobiano kəndində həmkəndlisi - 1975-ci il təvəllüdlü A. Ç.-ni avtomobillə vurub və hadisə yerindən qaçıb. A.Ç. elə həmin gecə ölüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 128 və 276-cı maddələrinin altıncı hissəsinə əsasən aparılır.


