08 
Iyl
2022
10:08
389

"Həll yolu vaksinasiyadır, üçüncü və dördüncü doza peyvənd vurdurun"- Tengiz Çerçvadze

Gürcüstanda sabit epidemiya vəziyyətindən sonra yeni yoluxma hallarının artması qeydə alınır.

InterPress.ge xəbər verir ki, Yolxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze bununla bağlı açıqlama verib.

Onun sözlərinə görə, koronavirusun yeni BA.4/BA.5 ştammları sürətlə yayılır və asanlıqla yoluxucudur. O, bəyan edib ki, buster dozalar yeni ştammlara qarşı çox effektivdir.

“Təəssüf ki, Gürcüstanda peyvəndlə əhatə dairəsi hələ də aşağı səviyyədədir.  Covid-19-a yoluxanların sayında artım müşahidə olunur və təəssüf ki, əhalinin peyvənd məntəqələrinə getdiyi nəzərə çarpmır. Həll yolu mütləq vaksinasiyadır, xüsusən 2 doza ilə peyvənd olunanlar üçün üçüncü və dördüncü gücləndirici doza vacibdir, çünki gücləndirici dozalar ilk iki peyvənddən daha yaxşı kömək edir”, - Çerçvadze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər