06 
Iyl
2022
23:44
2766

Prokurorluq Marneulidə baş verən qətlə bağlı bəyanat yaydı

Gürcüstan Prokurorluğu Marneulidə bir nəfəri ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə, daşıma, odlu silah və döyüş sursatını gömrük sərhədinə qanunsuz keçirmə və Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə faktları üzrə ittiham edib. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayır.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, iyulun 3-də Marneulidə Azərbaycan Respublikasının vətəndaşı F.D keçmişdə yaranmış mübahisə zəminində qisas məqsədi ilə tapançadan zərərçəkmişə bir neçə dəfə atəş açmışdır. Aldığı çoxsaylı xəsarətlər nəticəsində zərərçəkən xəstəxanaya gətirildikdən dərhal sonra dünyasını dəyişib.

İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Gürcüstanın dövlət sərhədini qanunsuz keçib və qanunsuz olaraq odlu silah və döyüş sursatı gətirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən  F.D. iyulun 5-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “M” (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) 236-cı maddəsinin 3, 4 və 5-ci hissələri ilə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirməkdəttiham olunur.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur.

Artıq prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər