05 
Iyl
2022
10:44
412

Gürcüstana xaricdən gətirilən qarpızlarda nitratların icazə verilən normadan artıq olduğu müəyyən edilib

Xaricdən gətirilən qarpız nümunələrində nitratların icazə verilən normadan artıq olduğu müəyyən edilib. 

InterPress.ge xəbər verir ki, Milli Qida Agentliyi ölkənin hər yerində bazarda olan qarpızları yoxlayır.

Agentliyin müfəttişləri topdansatış və ticarət obyektlərindən idxal olunan qarpızlardan nümunələr götürərək akkreditasiya olunmuş laboratoriyada yoxlayıblar.  Araşdırmanın nəticələrinə görə, götürülən 12 nümunədən hamısında nitrat norması yol verilən həddi keçib.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı qurum tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.  Biznes operatoruna qidanın bazarlara çıxarılmasının qarşısını almaq/məhv etmək əmri verilib.

Agentlik bazarda qarpızlardan nümunə götürməyə və araşdırmalara davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər