04 
Iyl
2022
14:14
1326

Bu sektorda çalışan sahibkarlar əmlak vergisindən azad edilir

Gürcüstan hökumətinin qəbul etdiyi qərar nəticəsində turizm sektorunda (eləcə də ona bərabər olan sektorda) işləyən sahibkarlıq subyektləri 2021-ci il üçün (2022-ci ildə bəyan edilməsi gözlənilirdi) əmlak vergisindən azad edilir.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, sözügedən dəyişiklik “Covid-19” pandemiyasının yaratdığı iqtisadi itkilər şəraitində kiçik və orta biznesin təşviqinə xüsusi stimullaşdırıcı təsir göstərəcək.

Rəsmi məlumata görə, bu güzəştdən 1200-dən çox vergi ödəyicisi faydalanacaq və ödəniləcək məbləğ təxminən 40 milyon lari təşkil edir.

Mehmanxanalar və oxşar yerləşdirmə obyektləri, istirahət və digər qısamüddətli yaşayış vasitələri, restoranlar və səyyar qida xidməti fəaliyyəti,  içki xidməti fəaliyyəti, səyahət agentlikləri, tur operatorları və əlaqəli fəaliyyətlər bu güzəştdən faydalana biləcək. Vergi güzəşti icarə, lizinq və ya digər bu kimi formada verilmiş əmlaka da şamil edilir, əgər bu əmlak yuxarıda qeyd olunan fəaliyyətlərdən hər hansı birində istifadə olunursa. Vergi ödəyiciləri güzəştdən yararlanmaq üçün vergidən azad edilmiş müvafiq əmlakı göstərən illik əmlak vergisi bəyannaməsi (o cümlədən müəssisə/təşkilatlar - yenidən işlənmiş bəyannamə) təqdim etməlidirlər.

Əlavə olaraq qeyd edirik ki, dəyişiklik cari ödəniş kimi əmlak vergisindən azad edilməsini nəzərdə tutmur və müəssisə/təşkilatlar əvvəlki vergi ilinin illik vergisi məbləğində vergi ödəyəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər