02 
Iyl
2022
11:42
8103

Samirə Bayramova: "Gürcüstanda mümkün olmayanı Marneulidə mümkün etdik"

Gürcüstanda mümkün olmayanı Marneulidə mümkün etdik. Əvvəlcədən  bilirdim ki, nələr baş verəcək, nə kimi riskin altın girirəm və hətta prinsip naminə ölümü belə gözə alıb imza atmışdım. Böyük mübarizə və qələbələr böyük qurbanlar tələb edir və 3 ildir ki, bu kimi radikal qrupların demək olar ki, hər gün nəzərində və təziyiqini görürdüm, hətta 3 ay şəxsi mühafizə altında qalmaq məcburiyyətində qaldım. DTX xidmət göstərən onlarla azərbaycanlını yanıma göndərdilər ki, məni bu yoldan çəkindirsinlər, qohumlarımı işdən çıxardılar, mənim bələdiyyədə hüquqi proseslərimi blokladılar, heç bir ərizəmi təmin etmirdilər. Mənim üçün ictimai fəallıq budur, hər şeyə rağmən məqsədə doğru getmək və bunun üçün insanın daxili inamı və gücü yetərlidir. Daima ön cəbhədə vuruşmaq artıq həyatımın bir hissəsidir.

Qınamıram o adamları ki, Gürcüstan azərbaycanlıları arasında 3-cü, 4-cü adam tapılmadı şikayətə imza atmaq üçün, bir çoxları isə bəhanə etdi ki, Marneulili deyiləm amma hər yerdə burunları Marneulinin işindədir. Bunlar təbii ki, indi ikinci dərəcəlidir artıq amma daima xatırlayacağım, xatırladacağım və nümunə gətirəcəyəm hadisədir.

2014-cü ildə Marneuli icra başçısı həmin dini quruma yox dediyinə görə onu istefaya məcbur etdilər. Geridə qalan merlər isə heç biri bu riskə getmədi və əksinə ilbəil yerlərini möhkəmlətmək üçün onların büdcələrini artırdılar və hətta Marneuli ərazisində əlavə imkanlar da yaratdılar, sevinirəm ki, bizim keçmiş, indiki, gələcək merləri də bu zülümdən xilas etdik. Təbii ki, bəlli olan məsələdir ki, onların qərar vermə hüququ yoxdur, sadəcə simvolik rol daşıyırlar və heç xalqın belə onlardan artıq tələb və istəyi yoxdur! Bir gün xalqa xidmət edəcək və qərar vermə hüququna malik məmur görmək ümidilə mübarizəyə davam.

Müəllif: Samirə Bayramova

Bizimlə əlaqə saxlayın