01 
Iyl
2022
09:23
441

Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti Gürcüstana müntəzəm uçuşlara başladı

Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti olan Flyadeal Gürcüstanın aviasiya bazarında fəaliyyətə başlayıb. 

InterPress.ge xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindən ilk birbaşa uçuş Tbilisi Beynəlxalq Hava Limanında həyata keçirilib.

Flyadeal Səudiyyə Ərəbistanının üç şəhərindən: Ər-Riyad, Ciddə və Dammamdan eyni vaxtda Tbilisiyə birbaşa uçuşlar həyata keçirir.

Gürcüstan Hava Limanları İttifaqı bildirib ki, aviaşirkətlə bir neçə aylıq danışıqlar uğurla başa çatıb. Onların sözlərinə görə, ümumilikdə Flyadeal həftədə on dəfə müntəzəm birbaşa uçuşlar həyata keçirəcək.

Tbilisi Beynəlxalq Hava Limanında keçirilən qəbul prosesində Gürcüstan Hava Limanları İttifaqının direktoru Tamar Arçuadze, “TAV Georgia” şirkətinin baş meneceri Tea Zakaradze və aviaşirkətin nümayəndələri iştirak ediblər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər