30 
Iyn
2022
14:55
1013

Wizz Air avqustun 1-dən bu istiqamətlərə uçuşlarını bərpa edir

Aşağı büdcəli Avropa aviaşirkəti Wizz Air Gürcüstandan Fransa və Estoniyanın paytaxtlarına müntəzəm birbaşa reysləri bərpa edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata görə, ilkin olaraq Tallinə birbaşa müntəzəm reys Kutaisidən avqustun 1-dən həftədə 2 tezliklə, Paris istiqamətində isə avqustun 4-dən həftədə bir tezliklə həyata keçiriləcək.

“Biz çox mühüm qərar qəbul etdik –  avqustun 1-dən Kutaisi Beynəlxalq Hava Limanından Paris və Tallinə müntəzəm reyslər həyata keçiriləcək. Bu qərar bir daha Gürcüstanda həm turizm, həm də mülki aviasiyanın sürətlə pandemiyadan əvvəlki səviyyələrə qayıtması tendensiyasını vurğulayır.  Daha çox avropalı turistin ölkəmizə səyahət edə bilməsi məqsədilə düzgün istiqamətləri birgə müəyyən etmək üçün Macarıstan aviaşirkəti ilə sıx əməkdaşlıq edirik. Eyni zamanda, Wizz Air digər istiqamətlərə uçuşların tezliyini artırmağı planlaşdırır”, - nazir müavini Mariam Kvrivişvili bildirib.

Bizimlə əlaqə saxlayın