09 
Iyn
2022
10:57
296

Tea Axvlediani Bolnisidə dövlət proqramları və xidmətləri haqqında məlumat kampaniyasına başlayıb

Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani Bolnisidə dövlət proqramları və xidmətləri haqqında məlumat kampaniyasına başlayıb.

lnterpress.ge xəbər verir ki, bu barədə məlumatı Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatı yayıb.

Bolnisi bələdiyyəsində toplaşan ictimaiyyət qarşısında çıxış edən dövlət naziri qeyd edib ki, sivil inteqrasiya prosesinə xüsusilə mənfi təsir göstərən dövlət proqramları, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası, anti-Qərb təbliğatı və dezinformasiya ilə bağlı məsələləri əhatə edən informasiya kampaniyaları genişləndiriləcək.

Tea Axvlediani Bolnisi və Dmanisi bələdiyyələrinin: Talaveri, Çapala, Naxiduri, Kvemo və Zemo Orozmani və Mtisciri kəndlərinin əhalisi ilə görüşüb. Dövlət naziri bildirib ki, Gürcüstan hakimiyyəti Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Siyasəti çərçivəsində etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşının bərabər imkanlara malik olması, bütün aktual məsələlərlə bağlı məlumatlı olması və vacib proseslərdə düzgün iştirak etməsi üçün  maksimum səylərini davam etdirir.


“Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Siyasəti çərçivəsində biz etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın bütün vətəndaşlarına ictimai həyatın müxtəlif sahələrində tam şəkildə iştirak edə bilmələri üçün bərabər imkanları təşviq etmək bizim borcumuzdur. Bolnisidə biz bu gün bütün Kvemo Kartli regionunu əhatə edən və əhalini dövlət proqramları və xidmətləri haqqında məlumatlandırmaq məqsədi daşıyan genişmiqyaslı məlumat kampaniyasına başlamışıq. Bundan əlavə, iki günlük səfər çərçivəsində biz artıq Bolnisi və Dmanisi bələdiyyələrində etnik azlıqların sıx məskunlaşdığı kəndlərdə görüşlər keçirmiş, burada yeni baxış və təşəbbüslərimizi əhaliyə təqdim etmiş, onların ehtiyac və fikirlərini dinləmişik”, - deyə dövlət naziri Tea Axvlediani bildirib.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər