Yarım milyon lari dəyərində bəyan edilməmiş siqaret ələ keçdi
"Maliyyə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə keçirdikləri əməliyyat tədbirləri çərçivəsində Konteynerlərə Nəzarət Bölməsinin əməkdaşları “Ninocminda” gömrük-keçid məntəqəsinə misli görünməmiş miqdarda bəyan edilməmiş siqaretin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb".
lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlir Xidmətindən məlumat veriblər.
“Hüquq-mühafizə orqanları tərəfindən məlumatların analitik emalı nəticəsində beynəlxalq yükdaşımaları həyata keçirən 3 beynəlxalq nömrəli yük avtomobili saxlanılıb. Nəqliyyat vasitələrinə ətraflı baxış zamanı qoşqunun döşəməsində gizlədilmiş, təxminən yarım milyon lari dəyərində bəyan edilməmiş siqaret aşkar edilib. iş materialları, əlavə cavab üçün, Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.
Sözügedən qurumlararası bölmə - Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin və Birləşmiş Ştatlar Səfirliyinin (UNODC) Birgə İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Layihəsinin (EXBS) himayəsi altında, Tbilisi Qrupu 2015-ci ildə yaradılıb və onun tərkibinə Gömrük Departamentinin, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin, həmçinin Patrul Polisinin və Mərkəzi Kriminal Polis İdarəsinin nümayəndələri daxildir.
Gürcüstanın gömrük sərhədinə daxil olan yüksək riskli yüklərə ciddi nəzarət gələcəkdə də davam etdiriləcək", - deyə Gəlirlər Xidmətindən bildiriblər.


