27 
Apr
2022
11:40
414

Gürcüstan bankları iqtisadiyyata 43,3 milyard lari kredit verib

2022-ci il aprelin 1-nə olan məlumatlara görə, Gürcüstan banklarının kredit portfeli 43,3 milyard lariyə çatıb ki, bu da valyuta məzənnəsinin təsiri olmadan əvvəlki ayla müqayisədə 1,12% çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının dərc etdiyi hesabatda deyilir.

Məlumata görə, kreditlərin larizasiyası da artıb və ümumi kreditlərin 49,36%-i milli valyutada verilib.

“Eyni dövrdə milli valyutada verilən kreditlərin həcmi 281,95 milyon lari (1,34%) artıb, xarici valyutada verilən kreditlərin həcmi isə 214,43 milyon lari (0,97%) azalıb (məzənnə təsiri nəzərə alınmadan 0,92 faiz artıb).

2022-ci ilin mart ayının sonuna kommersiya bankları rezident hüquqi şəxslər üçün milli valyutada 6,58 milyard lari (əvvəlki ayla müqayisədə 0,24% çox) və xarici valyutada 13,70 milyard lari (əvvəlki ayla müqayisədə 0,81% az) kredit veriblər (məzənnənin təsiri olmadan 1,08% çox). 

2022-ci ilin mart ayı ərzində rezident daxili təsərrüfat sektoruna verilən kreditlərin həcmi 0,80% və ya 174,86 milyon lari artaraq cari ilin aprel ayının 1-nə 22,16 milyard lari təşkil edib.

Cari il aprelin 1-nə cəmi kreditlərin larizasiya əmsalı 2022-ci il martın 1-i ilə müqayisədə 0,57 faiz punkt artaraq 49,36% təşkil edib (məzənənin təsiri nəzərə alınmamaqla, 0,10 faiz punk artıb)”, -  Milli Bankın hesabatında deyilir.

Bizimlə əlaqə saxlayın