Hökumət layihələri vaxtından əvvəl həyata keçirəcək
Gürcüstan hökuməti iqtisadi artımın və ictimai infrastrukturun yaxşılaşdırılması məqsədi ilə fəal işə başlayıb.
lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili bildirib.
Onun hökumət iclasında qeyd etdiyimə görə, layihələrin icrası çərçivəsində minlərlə iş yerinin yaradılması müəyyən edilib.
"Biz iqtisadi artım və ictimai infrastrukturun yaxşılaşdırılması üzərində işləməyə başladıq. Biz tikinti sektoruna dövlət infrastrukturunun tikintisi-bərpasına zəmanətli sifariş almaq üçün əlavə maliyyə resursları cəlb etməyi təklif etdik. Artıq bu məsələ ilə bağlı çoxsaylı görüşlər keçirilib. Artıq bütün nazirliklər tikiləcək və ya bərpa olunacaq obyektlərin siyahısını göndərib. Biz kifayət qədər böyük həcm əldə etdik, təxminən 500 milyondan 2 milyarda qədər. Müdafiə, səhiyyə, təhsil, infrastruktur, kənd təsərrüfatı, bu kimi istiqamətlərdə qurumlar tərəfindən layihələr təqdim edilib.
Bizim vəzifəmiz ondan ibarət olacaq ki, bir neçə ildən sonra görülməli olan işləri təxirə salaq və bu il bu layihələrin icrasına başlayaq. Məsələn, cənab Mixeil Çxenkelinin təmirə ehtiyacı olan 800 məktəbi var, bütün məktəblər Avropa standartlarına uyğun təmir edilməlidir. Bizim bütün istiqamətlərdə çox işimiz olacaq”,- deyə Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, hakimiyyətin vədi 24 saat su ilə təmin etmək idi və hakimiyyətin vəzifəsi isə bu layihəni vaxtından əvvəl başa çatdırmaqdır.
“Hökumət öz layihələrini vaxtından əvvəl həyata keçirəcək, digər tərəfdən biznes də bundan faydalanacaq. Bu, həm də iqtisadi artımı sürətləndirəcək və ümumiyyətlə, çox faydalı təşəbbüsdür. Əlavə olaraq, mən qeyd etmək istəyirəm ki, minlərlə iş yerinin yaradılması bu layihələrdə müəyyən edilib və təbii ki, biz bunu tezliklə başa çatdıracağıq”,- deyə Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, banklar layihələrin həyata keçirilməsini maliyyələşdirməyə hazırdır.
(bpn)


