Gürcüstanın Axmeta bələdiyyəsinin Kistauri kəndində iki minik avtomobilinin toqquşması nəticəsində 35 yaşadək kişi hadisə yerində həyatını itirib, daha üç nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.
