Bu gün Tbilisidə Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılması ilə bağlı qərarın elan edilməsindən sonra başlayan davamlı etiraz aksiyalarının ikinci ildönümünə həsr olunmuş yürüş və aksiya keçiriləcək.
InterPress.ge xəbər verir ki, aksiyanın iştirakçıları saat 19:00-da iki fərqli məkanda toplaşacaqlar. Vətəndaşların və siyasətçilərin bir qismi Tbilisi Dövlət Universitetinin (TSU) yaxınlığına gələrək yürüşə oradan başlayacaq. Digər qrup isə etiraz yürüşünə Avlabari metro stansiyasının ərazisindən start verəcək. Yürüş Azadlıq meydanı istiqamətində davam edəcək.
Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırdığını bəyan edib. Bu açıqlamadan sonra ölkədə etirazlar və gündəlik aksiyalar başlayıb.
Aksiyalar çərçivəsində onlarla şəxs saxlanılıb və barələrində cinayət təqibi başlanıb. Etiraz iştirakçıları iki il ərzində yeni parlament seçkilərinin təyin olunmasını və saxlanılan şəxslərin azad edilməsini tələb edirlər.
