“Gürcüstanın hüquq-mühafizə orqanlarına və Batumi şəhərinə nümunəvi qonaqpərvərliyə, eləcə də azarkeşlərimizin tam təhlükəsizliyinin təmin edilməsinə görə çox təşəkkür edirik”.
InterPress.ge xəbər verir ki, İsrailin “Hapoel Beer-Şeva” futbol klubu noyabrın 26-da Batumidə “Beşiktaş”la keçirilən matç zamanı baş verən insidentlərlə bağlı bəyanat yayıb.
“Çox sağ olun.
Təhlükəsizliyimizin, eləcə də azarkeşlərimizin təhlükəsizliyinin qayğısına qalan və ötən gecə hər kəsin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün çalışan şəxslərə minnətdarlığımızı və təşəkkürümüzü bildirmək istəyirik.
Nümunəvi qonaqpərvərliyə və azarkeşlərimizin tam təhlükəsizliyinin təmin edilməsinə görə Gürcüstanın hüquq-mühafizə orqanlarına və Batumi şəhərinə çox təşəkkür edirik.
Bütün axşam və gecə ərzində bizimlə daimi əlaqədə olan İsrail Futbol Assosiasiyasının sədri Şino Zoaretsə və Beer-Şeva şəhərinin meri Rubik Daniloviçə təşəkkür edirik.
Gecə ərzində bizə kömək edən və hər bir azarkeşin qaldığı yerə təhlükəsiz çatmasını təmin edən İsrail Xarici İşlər Nazirliyinə, eləcə də çoxsaylı yerli və israilli hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik”, – deyə bəyanatda qeyd olunub.
