Gürcüstanda qış mövsümündə, dekabrın 1-dən martın 1-dək avtomobil yollarının müəyyən hissələrində nəqliyyat vasitələrinin qış təkərləri ilə hərəkət etməsi məcburidir. Həmçinin, meteoroloji şərait nəzərə alınmaqla, polis qış mövsümündə avtomobillərin ən azı aparıcı təkərlərinə sürüşməyə qarşı zəncir taxılmasını tələb edə bilər.
InterPress.ge qış mövsümündə qış təkərləri və ya sürüşməyə qarşı zəncirlərlə hərəkətin məcburi olduğu yolların siyahısını dərc edir.
Beynəlxalq əhəmiyyətli avtomobil yolları:
- Tbilisi-Senaki-Leselidze (Rusiya Federasiyası ilə sərhəd);
- Msxeta-Stepançminda-Larsi (Rusiya Federasiyası ilə sərhəd);
- Poniçala-Marneuli-Guguti (Ermənistan Respublikası ilə sərhəd);
- Xaşuri-Axalsixe-Vale (Türkiyə Respublikası ilə sərhəd);
- Tbilisi dairəvi yolu – Zagesi-Rustavi;
- Axalsixe-Ninotsminda (Ermənistan Respublikası ilə sərhəd);
- Axalkalaki-Kartsaxi (Türkiyə Respublikası ilə sərhəd).
Dövlətdaxili əhəmiyyətli avtomobil yolları:
- Batumi (Anqisa)-Axalsixe;
- Sacavaxo-Çoxatauri-Ozurqeti-Kobuleti;
- Zuqdidi-Cvari-Mestia-Lasdili;
- Kutaisi (Sağoria)-Bağdati-Abastumani-Benara;
- Kutaisi (Sxaltubo döngəsi)-Sxaltubo-Saqeri-Lentexi-Lasdili;
- Kutaisi (Çoma)-Alpana-Mamisoni aşırımı (Rusiya Federasiyası ilə sərhəd);
- Kutaisi (Motsameta)-Tkibuli-Ambralauri;
- Alpana-Saqeri;
- Çolaburi körpüsü-Tercola-Tkibuli;
- Borjomi-Bakuriani-Axalkalaki;
- Axalkalaki dairəvi yolu;
- Qomi-Saçxere-Çiatura-Zestafoni;
- Çiatura-Zestafoni;
- Jinvali-Barisaxo-Şatili;
- Tbilisiyə giriş yolu;
- Tianeti-Zaridzeebi-Jinvali;
- Tbilisi (Qldani)-Tianeti;
- Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda;
- Marneuli-Tetritskaro-Tsalka;
- Tbilisi (Pantiani)-Manqlisi;
- Vaziani-Qombori-Telavi;
- Tianeti-Axmeta-Kvareli-Niniqori;
- Bakuriani qəsəbəsinin dairəvi yolu;
- Çoxatauri-Baxmaro;
- Niçbisi-Didqori-Didi Toneti;
- Saçxere (Sareki)-Uzunta-Şkm eri-Zudali.
Xatırladaq ki, yolların müəyyən hissələrində qış təkərləri olmadan hərəkətə qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.
Qanunvericiliyə əsasən, qış təkərləri və ya sürüşməyə qarşı zəncirlər müəyyən edilmiş tələblərə cavab vermədikdə və həmin nəqliyyat vasitəsinin hərəkəti yol hərəkəti iştirakçıları üçün təhlükə yaratdıqda, avtomobil müvəqqəti olaraq müsadirə edilərək mühafizə olunan dayanacağa yerləşdirilə bilər.
Bununla yanaşı, qış təkərləri və sürüşməyə qarşı zəncirlərlə bağlı tələblərə əməl edilmədiyi halda, sürücü 100 lari məbləğində cərimələnir və sürücülük vəsiqəsinə verilmiş bal sayı 5 bal azaldılır.
