Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə genişmiqyaslı aksiya başladı

36
Tbilisidə genişmiqyaslı aksiya başladı

Foto: Tvpirveli

Dinləmək üçün basın

Tbilisidə “Gürcüstan İvanişvilisiz, Gürcüstan Avropadır” şüarı ilə etiraz yürüşü başlayıb.

InterPress.ge xəbər verir ki, yürüş iştirakçıları əvvəlcə paytaxtın üç mərkəzi məkanında – Tbilisi Dövlət Universitetinin (TSU) yaxınlığında, Orbeliani meydanında və “Avlabari” metro stansiyasının ərazisində toplaşıblar. Onlar hazırda Azadlıq meydanına doğru hərəkət edirlər.

Yürüşün Azadlıq meydanında başa çatması nəzərdə tutulur. Burada etiraz aksiyasının keçirilməsi və çıxışların edilməsi planlaşdırılır.

Bugünkü aksiya Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına inteqrasiya prosesini 2028-ci ilin sonunadək dayandırmaq qərarının elan edilməsindən iki il ötməsinə həsr olunub. Sözügedən qərarın açıqlanmasından sonra ölkədə etiraz aksiyaları başlayıb və bu günədək davam edir.

Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırdığını bəyan edib. Bundan sonra ölkədə etirazlar və gündəlik aksiyalar başlayıb.

Aksiyalar çərçivəsində onlarla şəxs saxlanılıb və barələrində cinayət təqibi başlanıb. Etiraz iştirakçıları iki il ərzində yeni parlament seçkilərinin təyin olunmasını və saxlanılan şəxslərin azad edilməsini tələb edirlər.

Xəbəri qiymətləndir

Son xəbərlər

Ağır yol qəzası nəticəsində gənc oğlan həyatını itirdi, üç nəfər yaralandıBatumi beynəlxalq hava limanında “Beşiktaş” və “Hapoel Beer-Şeva” azarkeşləri arasında mübahisə baş veribİnterpolun qırmızı bülleteni ilə axtarışda olan Polşa vətəndaşı saxlanılıbHakan Fidan: Bu, iki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğun deyil – azarkeşlərimizlə belə rəftar edilməsini qəbul edə bilmərikTbilisidə genişmiqyaslı aksiya başlayırSon xəbərlərə bax →