Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Polşa vətəndaşı saxlanılıb

28
İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Polşa vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Polşa vətəndaşını saxlayıblar. O, hədə-qorxu ilə pul tələb etmə və dələduzluq da daxil olmaqla, yeddi maddə üzrə ittiham olunur.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan şəxs Polşanın hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlər törətməkdə şübhəli bilinərək axtarışda olub.

Ona Polşa Respublikasının Cinayət Məcəlləsinin yeddi maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddələrə hədə-qorxu ilə pul tələb etmə, təhdid, dələduzluq, dövlət vəzifəsini qanunsuz tutma və başqa şəxsin kimliyini təsdiq edən sənəddən istifadə etmə daxildir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.

Xəbəri qiymətləndir

Son xəbərlər

Hakan Fidan: Bu, iki ölkə arasındakı münasibətlərin səviyyəsinə uyğun deyil – azarkeşlərimizlə belə rəftar edilməsini qəbul edə bilmərikTbilisidə genişmiqyaslı aksiya başlayırÖncə evi yandırdı daha sonra atasını öldürdüİrakli Kobaxidze Batumidə baş verənlər belə reaksiya verdiİrakli Kobaxidze: Gürcüstan idmanı şəhərciyinin tikintisinə başlayırıqSon xəbərlərə bax →