Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Saqareco Rayon İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin oktyabr və noyabr aylarında Saqareco bələdiyyəsində dörd vətəndaşın evinə gizli şəkildə daxil olaraq müxtəlif əşyaları qanunsuz mənimsəyib.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Polis oğurlanmış əşyaların böyük hissəsini maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
