Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 450 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 648 264 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 540 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 624 993 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 6 nəfər ölüb və ölənlərin ümumi sayı 16 745 nəfər təşkil edib.
