25 
Mar
2022
13:04
878

Vladimir Jirinovskinin ölmədiyi açıqlandı - YENİLƏNİB

“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır”.

InterPress.ge xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqramda yazıb.

Qeyd edək ki, onun ölümü barədə məlumat yayan senator A.Pronyuşkin isə teleqramdakı müvafiq qeydini silib. 

13:04***

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.

InterPress.ge "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib. 

Qeyd edək ki, daha öncə "Mash" teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.

Bizimlə əlaqə saxlayın