08 
Iyn
2020
06:32
1024

Dünyanın daha bir ölkəsində COVID-19 pandemiyası başa çatır

Belçikada koronavirus epidemiyası iyunun sonuna kimi başa çata bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Azad Brüssel Universitetinin professoru İv Koppiters bildirib.

O, bununla yanaşı, normal həyata qayıtmaq üçün zəruri şərtləri də açıqlayıb. “Epidemiyaya bir dəfəlik və həmişəlik son qoymaq üçün qoruyucu tədbirləri saxlamaq və infeksiyanın yeni ocaqlarını nəzarət altına almaq lazımdır”, - RTBF telekanalının efirində professor deyib.

Bu halda bazar ertəsi Belçikada başlayan karantindən çıxışın üçüncü mərhələsində ehtiyatlılığı saxlamaq tələb olunur.

Koppiters vurğulayıb ki, ölkədə epidemiologiya göstəriciləri yaxşıdır. Virusa yeni yoluxma hallarının sayı hər gün 6-7%, xəstəxanalara yerləşdirilənlərin sayı 3-4% azalır.

İyunun 1-də Belçika şahzadəsi, mayın sonunda İspaniyada koronavirusa yoluxmuş İoahim (Belçika kralı Filippin qardaş oğlu) zəruri karantin tədbirləri qaydalarına riayət etməməsini etiraf edib və cəza çəkməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Monteneqro hakimiyyəti rəsmi olaraq ölkədə koronavirus pandemiyasının başa çatdığını elan edib. Ölkədə bəzi məhdudlaşdırıcı tədbirlər ləğv edilib, ancaq davam edən pandemiyaya görə infeksiyanın qarşısının alınması ilə əlaqədar xarici ölkələrlə bağlı məhdudiyyətlərin bir hissəsi saxlanılıb.

Monteneqroda infeksiyaya ümumilikdə 324 yoluxma aşkar edilib, COVID-19-a yoluxmuş 9 pasiyent ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın