06 
Iyn
2020
09:52
921

Giorgi Qaxaria: "Ölkədə yoxlamadan keçən, standarta cavab verən mehmanxanalar olacaq və onların siyahısını hamı biləcək"

Ölkədə yoxlamadan keçən, standarta cavab verən mehmanxanalar olacaq və onların siyahısını hamı biləcək.

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya İmereti bölgəsinin turizm sahəsinin nümayəndələri ilə görüşü zamanı qeyd edib.

O qeyd etdi ki, yalnız dünən Tbilisidə 75 mehmanxana yoxlanıldı və buradan 15 mehmanxana tələblərə cavab verdi.

“Dediyim kimi, İqtisadiyyat və Səhiyyə Nazirliklərində artıq konkret mehmanxanalardan ərizələr qəbul olunmağa başlayıb ki, gəlin, yoxlayın və əgər tələblərə cavab verirəmsə, açılacağam. Artıq bir neçəsi yoxlanılıb. Dünən Tbilisidə 75 mehmanxana yoxlanıldı və buradan 15 mehmanxana tələblərə cavab verdi. Bu rəqəm sizi qorxutmamalıdır. Bilməlisiniz ki, Tbilisidə bir çox böyük mehmanxana var, lakin standartlarda çətinlik çəkir. Burada kondisioner və bir çox başqa məsələ var. Lakin kiçik mehmanxanalara qarşı tələblər başqa cürdür.

Asanlıqla təsəvvür edin, ölkədə yoxlamadan keçən, standarta cavab verən mehmanxanalar olacaq və onların siyahısını hamı biləcək. Biz onun marağındayıq ki, bu mehmanxanaların siyahısını hər bir vətəndaşa qədər çatdıraq, sonra isə, artıq bizim xarici partnyorlarımıza qədər çatdıracağıq”, – dedi Qaxaria

Bizimlə əlaqə saxlayın