25 
Iyn
2026
14:08
95

Onkoloji xəstələrlə bağlı videoya daha bir etiraz – “Bu, TBC-nin maliyyələşdirdiyi layihədir”

“Onkoline Georgia” Assosiasiyasının təsisçisi Sofiko Piranışvili sosial şəbəkələrdə yayılan və leykemiya xəstələrinin vəziyyətinin istehza obyektinə çevrildiyi videoya münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Sofiko Piranışvili paylaşımında sözügedən layihənin TBC Bank tərəfindən maliyyələşdirildiyini qeyd edib və buna etirazını ifadə edib.

Piranışvilinin sözlərinə görə, illər ərzində müxtəlif onkoloji xəstələr və pasiyent təşkilatları tərəfindən TBC Banka dəstək üçün müraciətlər edilsə də, bu istiqamətdə yardım göstərilməyib. O bildirib ki, buna baxmayaraq, xəstələrin nüfuzdan salındığı bir layihəyə maliyyə ayrılması təəssüf doğurur.

“Bunlar nə dedilər? Siz də mənim eşitdiyimi eşidirsiniz? Sponsor TBC-dir. TBC, illərdir gah bir onkoloji xəstə, gah da başqa bir xəstə sizə müraciət edir, amma pasiyent təşkilatları üçün 1 qəpik belə tapa bilmədiniz. Prioritetiniz budur? Bizə qarşı belə ‘zarafatlar’? Biz necə bir cəmiyyətdə yaşayırıq?”, – deyə Sofiko Piranışvili sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın