02 
Mar
2022
19:13
557

Kreml sözçüsü: "Rusiya iqtisadiyyatı indi ciddi təzyiq altındadır"

"Rusiya iqtisadiyyatı indi ciddi təzyiq altındadır, ona ciddi zərbə dəyir, amma planlarımız var. Biz çox işləyirik və ayaq üstə duracağıq".

InterPress.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Qərbin sanksiyalarına toxunaraq  deyib.

Sanksiyalar fonunda Rusiyaya qarşı tətbiq edilən xüsusi iqtisadi tədbirlərə gəlincə, Peskov izah edib ki, bunlar “iqtisadiyyatımızın bütövlüyünü pozmağa çalışan müəyyən düşmənçilik hərəkətləri” ilə bağlıdır.

“Bu şərtlər daxilində riskləri və nəticələri minimuma endirmək və bizi iqtisadi dalğalanmalardan sığortalamaq üçün tədbirlər görüləcək”.

Peskovun sözlərinə görə, “qeyri-dost tədbirlər” görünməmiş olduğundan, Rusiya belə şəraitdə “möhkəm, düşünülmüş və aydın” hərəkət etməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər