25 
Fev
2022
17:10
401

Kreml sözçüsü: "Bu, müsbətə doğru bir addımdır"

Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə Ukraynanın neytrallıq statusunu müzakirə etməyə hazır olduğu barədə bəyanatını nəzərə alıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu, yeni bəyanatdır. Biz buna diqqət yetirdik. Bu, müsbətə doğru bir addımdır. İndi biz bunu təhlil etməliyik. Daha çox şey deyə bilmərəm”,- deyə Peskov bildirib.

Onun fikrincə, Rusiyanın dünya birliyi ilə normallaşma dövrü bu və ya digər şəkildə, məcburi müharibənin başa düşüləcəyi zaman gələcək.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  isə Zelenskinin ölkənin neytral statusunu nəzərdən keçirməyə hazır olduğunu deyərkən yalan danışdığını bildirib.
 
''O, indi həqiqəti demir. Bitərəf statusu nəzərdən keçirməyə hazır olduğunu deyərkən yalan danışır”, - deyə Lavrov bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər