25 
Fev
2022
12:03
310

Polşa prezidenti: "Rusiyanın Kiyevi bombalaması açıq-aydın terror aktıdır''

"Rusiyanın Kiyevi bombalaması açıq-aydın terror aktıdır''.

lnterPress.ge xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda tviter səhifəsində yazıb.

Polşanın birinci şəxsinin bu qiymətləndirməsindən sonra  Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon əlaqəsi olub.

Anjey Dudanın sözlərinə görə, Rusiya pilotsuz təyyarələri birbaşa yaşayış evlərinə bombalar ataraq mənəvi gücü qırmağa çalışır.

“Mən indicə Vladimir Zelenski ilə danışdım. Kiyevdə vəziyyət son dərəcə ağırdır. Səhər tezdən şəhəri bombalamağa başladılar. Pilotsuz təyyarələr birbaşa evlərə bomba atırlar. İnsanlar ölür. Bu, açıq-aydın terror aktıdır, mənəvi gücün qırılmasına xidmət edir, lakin ukraynalılar paytaxtı hər cür şəkildə müdafiə etmək əzmindədirlər”, - deyə Duda bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər