21 
Fev
2022
05:12
606

Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

InterPress.ge xəbər verir ki, bunu bazar günü Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Star” qəzetinə müsahibə verən Kalın bildirib ki, Ərdoğanın Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək təklifi, əslində bu böhrandan çıxmaq üçün ən mühüm və konkret təklifdir.

“Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Vladimir Zelenski ilə bunu müzakirə edib.

O, bu məsələni cənab Putinlə söhbətində də qaldırıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu zaman bu məsələ yenidən gündəmə gətiriləcək”, - deyə Türkiyə prezidentinin sözçüsü qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər