17 
Fev
2022
15:07
912

Xüsusi əməliyyat zamanı altı nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə Tbilisidə 6 nəfəri saxlayıb, 2 nəfərə qarşı isə qiyabi ittiham irəli sürülüb. 

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

 İstintaq orqanının məlumatına görə, onlar qanunsuz olaraq azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama, cinayət barədə xəbər verməmə  ilə ittiham olunurlar.

''Hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq azadlıqdan məhrum etmə ittihamı ilə 1987-ci il təvəllüdlü A.M və 1978-ci il təvəllüdlü M.M saxlanılıb

Hədə-qorxu ilə tələb etmə, qanunsuz azadlıqdan məhrum etmə və qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama ittihamı ilə 1970-ci il təvəllüdlü K.N və 1972-ci il təvəllüdlü G.L saxlanılıb

Cinayət barədə məlumat vermədiklərinə görə 1977-ci il təvəllüdlü G.Ç., 1999-cu il təvəllüdlü A.N. və 2 nəfər 1969-cu il təvəllüdlü R.Ç və 1974-cü il təvəllüdlü S.Ç saxlanılıb

İstintaq müəyyən edib ki, mövcud maliyyə mübahisəsi zəminində külli miqdarda əmlakın hədə-qorxu ilə tələb edilməsinə şərait yaratmaq məqsədilə K.N. G.L., A.M və M.M  V.T.-nin sağlamlığına zərər vurub və zor tətbiq etməklə hədələdikləri üçün qanunsuz olaraq  azadlıqdan məhrum ediblər.

Təcavüzkarlar V.T ya şifahi və fiziki təzyiq göstərərək ondan 51.000 lari gətirməsini tələb ediblər, əks halda yenidən zorakılıq tətbiq etməklə hədələyiblər və buna görə o, məbləği ödəməyə razılaşıb. Zərərçəkən şəxsi müttəhimlər ertəsi gün şərti azadlığa buraxıblar. 

A.N. G.Ç. R.C. Və S.C V.T ya qarşı ağır cinayətlərin törədildiyinin şahidi olublar lakin polisə bildirməyiblər.

Polis saxlanılanların evlərində aparılan axtarış zamanı sübut kimi mobil telefonlar və qanunsuz odlu silahlar götürüb.

Gürcüstan Cinayət Məcəlləsinin 181, 237, 143 və 376-cı maddələri ilə hədə-qorxu ilə tələb etmə, qanunsuz azadlıqdan məhrum etmə, qanunsuz odlu silah və döyüş sursatı saxlama, o cümlədən cinayətlər barədə məlumat verməmə halları üzrə istintaq davam etdirilir”, - deyə nazirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın