06 
Yan
2022
14:54
877

Kaxetidə yaşlı kişini keçmiş kürəkəni bıçaqladı

Kaxetidə 63 yaşlı kişini keçmiş kürəkəni yaralayıb. 

InterPress.ge xəbər verir ki, hadisə ötən gün rayonun Kardenaxi kəndində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hadisədən əvvəl mübahisə olub və onlardan biri soyuq silahla digərini bıçaqlayıb.

Yaralı Qiorqi Çeçelaşvili Qurcaanidəki "GeoHospitals" xəstəxanasına çatdırılıb, vəziyyəti stabil ağırdır.

Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın