26 
Dek
2021
09:51
1632

Mourinyu karyerasında ilk dəfə milli komandaya rəhbərlik edə bilər

Nigeriya millisinin yeni baş məşqçisi İtaliyanın “Roma” futbol klubuna rəhbərlik edən portuqaliyalı mütəxəssis Joze Mourinyu ola bilər.

Bu barədə Nigeriya Futbol Federasiyasının rəhbəri Amadju Pinnik məlumat verib:

“Yeni baş məşqçi seçilərkən nizam-intizamına xüsusi diqqət yetirilir. Namizədin kuboklara nə qədər ac olduğuna da baxırıq, çünki aclıq çox şeyi əvəz edir. İdman naziri də onunla danışıb”.

Dekabrın əvvəlində alman Qernot Ror qovulduqdan sonra Nigeriya milli komandası başsız qalıb. Afrika Millətlər Kubokuna cəmi bir neçə həftə qalmış nigeriyalı futbol rəhbərləri fəal şəkildə əvəzedici axtarırlar.

Xatırladaq ki, 58 yaşlı portuqaliyalı karyerası ərzində heç vaxt milli komandada baş məşqçi kimi çalışmayıb.

Mourinyunun hazırkı klubu “Roma” 32 xalla İtaliya çempionatının turnir cədvəlində altıncıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər