.jpg)
Gürcü dili öyrənmək istəyənlər üçün Gülnar Məmmədova öz kitabı haqda danışır
Salam, mən Məmmədova Gülnar Füzuli qızı 1996-cı il təvəllüdlü, İlya Dövlət universitetinin Biznesin idarə olunması fakultəsini bitirməyimə baxmayaraq gürcü dilini dərindən öyrənməyə və öyrətməyə daha çox maraq göstərdim və illərdir ki, dil kursları keçirəm, bununla yanaşı baş müəllimlik (ქართული, როგორც მეორე ენა) imtahanını uğurla keçib, baş müəllimlik statusunu əldə etmək məqsədli „თბილისის თავისუფალი აკადემია“da bir illik təhsili davam etdirirəm.
Bu kitabları hazırlamaq məqsədimdən qısa bəhs etmək istərdim: şəxsən mən gürcü dilini xüsusi müəllimdən yox, fərdi şəkildə, öz üzərimdə çalışaraq öyrənmişəm, düşündüm ki, sırası ilə üç kitab hazırlayım, hərkəsin faydalana biləcəyi kitablar olsun və düşündüyümü həyata keçirərək 400-ə yaxın kitabı satışı həyata keçirmiş oldum və satış hələdə davam edir.
1) (თქვენი გული“სთვის“) Sizin xətrinizə, sizin ürəyiniz üçün deməkdir və “გული“ eləcə də mənim ləqəbimdir.
Gürcü dilində danışıq üçün lazım olacaq qədər önəmli, söz ehtiyyatı, cümlə və situasya tipli, əsasən danışıq üçün lazım, asan formada hərkəsin öyrənə biləcəyi praktik kitab
2) (GürcüGram) bu ad mənə açdığım ilk gündən uğur gətirən instagram səhifəmin adıdır, mənası qısaca gürcü qramatikası deməkdir.
Gürcücə danışıq zamanı buraxılan ən böyük səhvlərin düzəlişinə kömək edən Azərbaycan dilində izahlı kitab.
3) Feillər(ზმნები)
Eləcədə hər bir şəxsin ən “yaralı” mövzusu olan: feillərin zamana və şəxsə görə bölünməsini bir kitabda birləşdirdim.
Hər bir dil həvəskarlarına bu kitabların çox faydası olacağına əminəm.