31 
Yan
2020
17:45
1412

Ekaterine Tikaradze: "Çində olan Gürcüstan vətəndaşları karantin müddətini Türkiyədə keçirəcəklər"

"Çində olan Gürcüstan vətəndaşları karantin müddətini Türkiyə Respublikasında keçirəcəklər".

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze bildirib.

Söhbət Uxan şəhərindən evakuasiya edilən Gürcüstan vətəndaşlarından gedir.

“Çinə gedən türk təyyarəsi ilə Gürcüstan vətəndaşları da gətiriləcəklər və onlar karantin müddətini Türkiyədə keçirəcəklər. Bu Dünya Səhiyyə Təşkilatının protokolu ilə nəzərdə tutulub və biz təşkilatın bütün tövsiyyələrinə riayət etməyə çalışırıq” – dedi Səhiyyə Naziri.

Onun dediyinə görə, bu vaxt üçün Çindən qayıtmaq istəyini dörd Gürcüstan vətəndaşı bildirib.

“Turist kimi gedən bir neçə nəfərlə isə, danışıqlar aparılır”, – dedi Nazir Ekaterine Tikaradze.

Bizimlə əlaqə saxlayın