21 
Sen
2021
16:55
1346

Dmanisidə qarışıqlıq yarandı - İki nəfər bıçaqlandı

Dmanisidə qarşıdurma olub. 

InterPress.ge xəbər verir ki, Qantiadi kəndində 2 nəfəri yaralayıblar.

Məlumata görə, qarşıdurma müxalifət namizədinin tərəfdarları ilə əlaqəli olub.

Hazırki bələdiyyə meri Qiorqi Tatuaşvilinin verdiyi məlumata görə, o və Kaxa Okriaşvili, əhali ilə seçkiqabağı görüş keçirirdilər və DTX tərəfindən göndərilən şəxslər 2 müxalifət tərəfdarını bıçaqlayıb.

"Hər şeyi Gürcü Arzusunun və DTX-nin aktivi planlaşdırdı. Görüş zamanı 2 avtomobillə gəldilər, video da var. Bizim tərəfimizdən heç bir münaqişə baş vermədi, qışqırmağa, söyməyə, təhqir etməyə, döyməyə başladılar. 20 nəfər var idi, Gürcü Arzusu aktivi və DTX heyəti idilər. Tərəfdarlarımızı soyuq silahla yaraladılar", - Tatuaşvili bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər