1 USD =
3.14 GEL
1 EUR =
3.6553 GEL
1 TRY =
0.3265 GEL
100 RUB =
4.4764 GEL
1 AZN =
1.8463 GEL
12 
Iyl
2021
09:30
178

Avropa çempionatının ən yaxşı oyunçusu məlum oldu

AVRO-2020-nin ən yaxşı oyunçusunun adı bəlli olub.

InterPress.ge Oxu.Az-a istinadən xəbər verir ki, bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub. Həmçinin, AVRO-2020-nin ən yaxşı bombardiri də açıqlanıb.

Bu, 1/8 finalda mübarizəni dayandırmış Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur. Beş qol vurmuş futbolçu Çexiya millisinin hücumçusu Patrik Şiklə eyni sayda fərqlənsə də, bir məhsuldar ötürmə və turnirdə keçirdiyi oyun dəqiqələri sayına görə ən yaxşı bombardir seçilib.

Qeyd edək ki, AVRO-2020-nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib – 3:2.

Bizimlə əlaqə saxlayın