30 
Iyn
2021
09:35
451

Ukrayna yığmasından tarixi nailiyyət

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

InterPress.ge-nin məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.

Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Onun sərt oyunu nəticəsində Artyom Besedin dizindən dəhşətli zədə alıb. Orsato Danielsona əvvəlcə sarı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qırmızı vərəqəyə əl atıb.

Beləliklə, Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza ataraq, 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.

Bizimlə əlaqə saxlayın