28 
Yan
2020
19:02
1045

Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb

Gürcüstanın Kaxeti bölgəsində olan 22 yaşlı Çinli koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

İnterPress.ge xəbər verir ki, o, respirator infeksiya simptomları ilə tibb müəssisəsinə müraciət edib.

Çinli qadının hansı virusa yoluxması hələ ki məlum deyil. Onun vəziyyəti ilə bağlı təhlükəli bir şeyin olmadığı bildirilib.

Həkimlərin sözlərinə görə, həmin şəxs ev şəraitində müalicəsini davam etdirir və nəzarət altına alınıb.

Qadının virusun episentri olan Uhan şəhərindən deyil, Çinin digər bölgəsindən Gürcüstana gəldiyi bildirilib.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib ki, qadın yanvarın 16-da Çindən Gürcüstana gəlib.

O deyib ki, həmin şəxs Gürcüstana Çində koronavirusun yayılmadığı bir vaxtda dönüb: “Qadına virus infeksiyası ailə üzvlərindən keçib. Onda hansı virusun olduğu hazırkı mərhələdə məlum deyil və müşahidələr aparılır. Pasiyent evdə müalicə olunur və onun vəziyyəti ciddi deyil”

Bizimlə əlaqə saxlayın