Tranzit nömrə nişanlı avtomobil sahiblərinin nəzərinə - Bu şəxslər cərimələnəcək
1 oktyabr 2019-cu il - 1 may 2020-ci il tarixlərində nəqliyyat vasitələri idxal etmiş və 31 may tarixinədək gömrük rəsmiləşdirmə prosedurlarından keçməmiş nəqliyyat vasitələrinin sahiblərinə 1 iyun 2021-ci il tarixindən qanunla müəyyən edilmiş cərimə tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yayır.
Məlumata görə, Gürcüstan Hökuməti və Maliyyə Nazirliyinin qərarına əsasən, koronavirus virusunun yayılmasının qarşısını almaq və avtomobil idxalçılarına dəstək məqsədilə 2019-cu il oktyabrın 1-dən 2020-ci ilin mayın 1-dək idxal olunan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi müddəti iki dəfə təxirə salındı və son tarix 31 may olaraq müəyyən edildi.
"Xidmət Agentliyi, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün, Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının tövsiyələrini tam yerinə yetirir və xidmətlərdən istifadə etmək istəyənlərin hamısını xidmət almaq üçün şəxsən Agentliyə maska ilə gəlməyə çağırır", - bildirilir məlumatda.


