28 
Yan
2020
15:33
1407

Gürcüstanda qalmaqallı cinayət işinin istintaqı dayandırılıb

Gürcüstanda 2017-ci ilin dekabrında Pankisi dərəsində keçirilən xüsusi əməliyyat zamanı ölümcül yaralanan 19 yaşlı Temirlan Maçalikaşvili ilə bağlı cinayət işinin istintaqı dayandırılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, T.Maçalikaşvili xüsusi təyinatlının əllərini göstərməsi ilə bağlı tələbinə tabe olmayaraq qumbaranı işlək vəziyyətə salmağa cəhd edib və buna görə də xüsusi təyinatlı onu güllə ilə vurub.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti T.Maçalikaşvilini 2017-ci ildə Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilmiş terrorçu Əhməd Çatayevlə əlaqələrdə şübhəli bilib.

Xüsusi əməliyyatdan dərhal sonra Gürcüstanın Baş Prokuroluğu xüsusi təyinatlının vəzifə səlahiyyətlərini mümkün aşması ilə bağlı cinayət işi qaldırıb.

T. Maçalikaşvilinin ailəsi isə gəncin günahsız olduğunu təkid edərək onun ölümündə günahkar olanların cəzalandırılması tələbi ilə davamlı aksiyalar keçirib.

Bizimlə əlaqə saxlayın