Nazir: "Sabah quru sərhədlərinə tətbiq edilən məhdudiyyət götürülür"
"Qurumlararası Şuranın verdiyi daha bir vacib qərar sabah qüvvəyə minəcək, quru sərhədlərinə tətbiq edilən məhdudiyyət götürüləcək".
InterPress.ge xəbər verir ki, İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bu barədə hökumət iclasından sonra keçirilən brifinqdə bəyan edib.
Nazirin sözlərinə görə, sərhədlərin açılması xüsusi təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçiriləcək - bu tam peyvəndləmə sertifikatı və ya mənfi PISAR testidir.
Onun sözlərinə görə, son günlərdə yaşayış obyektlərinin iş yükünün artması sevindirici haldır.
“Gürcüstanın bir daha özünü dünyaya qonaqpərvər və təhlükəsiz bir ölkə kimi tanıtması vacibdir. Bu gün beynəlxalq turistlər təhlükəsiz ölkələr axtarır və bununla bölgədə fərqlənirik. Nəticə olaraq, həm aşılama sürəti, həm də protokollara uyğunluq səviyyəsi kifayətdir, baxmayaraq ki, əlbətdə hər zaman yaxşılaşdırma mümkündür və buna laqeyd yanaşmamalıyıq. Turizmin bərpasının yüksək səviyyədə olacağını gözləyirik", - dedi Natia Turnava.


