1 USD =
3.4363 GEL
1 EUR =
4.1115 GEL
1 TRY =
0.4271 GEL
100 RUB =
4.4662 GEL
1 AZN =
2.0195 GEL
28 
Yan
2020
12:14
324

Gürcüstan və Çin arasında birbaşa uçuşlar dayandırıla bilər

“Çindən Gürcüstana birbaşa uçuşların dayandırılması barədə qərar verməliyik”.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnavajurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, koronavirusla bağlı Gürcüstanda təşvişə heç bir səbəb yoxdur və ölkə daha az təhlükəli zona hesab olunur:

“Buna baxmayaraq, Çindən birbaşa uçuşları müvəqqəti dayandırmaq məcburiyyətində qalacağıq”.

N.Turnava qeyd edib ki, rəhbərlik etdiyi nazirlik, səhiyyə və digər aidiyyəti qurumlar vahid koordinasiya qrupunda koronavirusla bağlı lazımı profilaktik tədbirlərin həyata keçirilməsi üçün mümkün olan hər şeyi edirlər.

Qeyd edək ki, Gürcüstan və Çin arasında yanvarın 25 və 27-nə təyin olunan reyslər ləğv olunub. Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib ki, uçuşlar Çin tərəfinin qərarı ilə ləğv olunub.

Bizimlə əlaqə saxlayın