27 
Yan
2020
12:57
975

Gürcüstan hökuməti qazlaşdırma planını təsdiqləyib

Gürcüstan hökuməti 2019-2021-ci illər üçün qazlaşdırma planını təsdiqləyib.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Qaznəqletmə Şirkətindən bildirilib.

Üçillik plana əsasən, Gürcüstan ərazisində 295 yaşayış məntəqəsi qazlaşdırılacaq. Layihələndirmə və tikinti işlərinə 209 mln. lari həcmində vəsait xərclənəcək.

2019-cu ildə Gürcüstanın Qaznəqletmə Şirkəti 7 bölgənin 20 bələdiyyəsində 41 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı işlər həyata keçirib. İşlər zamanı 702 485,3 metr qaz kəməri çəkilib və 10 820abunəçinin təbii qaz şəbəkəsinə qoşulması təmin edilib.

Hazırda müxtəlif reginlarda 20 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İşlərin 2020-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılıb.

Ötən il 145 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı layihə hazırlanıb, 407 yaşayış məntəqəsində layihə öncəsi tədqiqatlar aparılıb. Əldə olunan məlumatlar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə təqdim olunub.

Bizimlə əlaqə saxlayın