16 
Apr
2021
15:19
630

DİN Gürcüstan bankında baş verənlərlə bağlı açıqlama yayır

Gürcüstan Bankına hücum edən şəxs 7 nəfəri girov götürmüşdü.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

“Daxili İşlər Nazirliyi, Sakartvelos bankın Tbilisidəki Avlabari metro stansiyası yaxınlığındakı filialına hücuma, bankda insanları girov götürmə və qanunsuz olaraq odlu silah saxlamaq və daşıma ittihamı ilə 1993-cü il təvəllüdlü N.C yaxalanıb.

İstintaqla təsdiq olundu ki, Tbilisidə Duşeti küçəsində gürcüstan bankının filialına bu gün saat 13:00- da silahla hücum edərək 7 nəfəri girov götürdü. Əraziyə dərhal polis bölmələri səfərbər edildi və əməliyyat-istintaq tədbirləri başladıldı.

Daxili İşlər Nazirliyinin nümayəndələri ilə cinayətkar arasında aparılan danışıqlar nəticəsində təqsirləndirilən şəxs girovları mərhələli şəkildə sərbəst buraxdı, bundan sonra hüquq-mühafizə orqanları N.C-nı yaxalamağa müvəffəq oldu. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

İki və ya daha çox şəxsin qanunsuz girov götürülməsi və odlu silahı qanunsuz saxlama və daşıma faktı ilə 144-cü maddənin 2-ci hissəsinin "q" yarımbəndi və 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə araşdırma aparılıb"-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər