10 
Apr
2021
08:00
496

Gürcüstanın azərbaycanlı icmasından "Formula" telekanalına dəstək BƏYANATI

Gürcüstanın azərbaycanlı icmasının aparıcı QHT təşkilatları, media nümayəndələri, ictimai fəalları, o cümlədən din xadimi "Formula" telekanalının əməkdaşlarına olunan hücumu pisləyir və həmin telekanala dəstək bəyanatı yayımlayır.

InterPress.ge xəbər verir ki, "Formula" telekanalına dəstək bəyanatında deyilir:

"Formula telekanalının əməkdaşlarına qarşı artıq ikinci dəfədir hücum olur. Bundan əvvəl oxşar hadisə həmin telekanalın jurnalisti Vaxo Sanaiyaya qarşı həyata keçirilmişdir. Onun özü və ailə üzvü fiziki şiddət məruz qalmışdır.

Çox təəssüf olsun ki, son illərdə oxşar hadisələrin sayı artmaqdadır. Dövlət məmurları, radikal qruplar tərəfindən kritik və azad mediaya qarşı nifrət dili artıqca bu kimi hadisələr yenidən baş verir. Son bir neçə ildə media işçilərinə qarşı həyata keçirilən təzyiqlər hüquq mühafizə orqanları tərəfindən ciddi və effektiv şəkildə araşdırılmır və buna görə də bu eyni hadisənin yenidən baş vermə riskini artırır.

Ötən il eyni hadisə 'Mtavari' telekanalının jurnalisti Ceyhun Narzalovda zorakılıq qurbanı olmuşdur, Marneulidə hakim partiyanın fəalları ona fiziki xəsarət yetirmişdilər. Qeyd olunan hadisə ilə bağlı hələ kimsə cinayət məsuliyyətinə cəlb olunmayıb.

Biz Gürcüstanın azərbaycanlı icmasının QHT, mediaları və ictimai fəalları "Formula" telekanalının əməkdaşlarına eləcə də, son illərdə media nümayəndələrinə qarşı həyata keçirilmiş hücumları qınayırıq və onlara həmrəylik göstəririk. Hüquq mühafizə orqanlarından tələb edirik ki, müfaviq cinayət əməlləri qanun çərçivisəndə araşdırılsın və cinayətkarlar qanuna uyğun olaraq cəzalandırılsın. Eyni zamanda dövlət məmurları və radikal qruplar tərəfindən azad mediaya qarşı aqressiv ritorik yanaşmamağı tələb edirik. Media azaddır və onlara qarşı həyata keçirilmiş bu addım Gürcüstan demokratiyasına böyük ləkədir.

Aktual Media | Aktual.ge Xəbər Portalı - İlkin Hüseynov

İctimai fəal Samira Bayramova

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) - Seyid Mirtəqi Əsədov

İctimai fəal - Ceyhun Narzalov

Təmiz Xəbər (QHT) | InterPress.ge xəbər portalı - Nahid Qurbanov

Vətəndaş İnteqrasiya Fondu - Zaur Xəlilov".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər