Marneulidə keçmiş həyat yoldaşını ölümlə hədələyən axtarışda olan şəxs saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünü hədələməkdə təqsirləndirilən və axtarışda olan şəxsi saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyul ayında keçmiş həyat yoldaşını onunla barışmaqdan imtina edəcəyi təqdirdə öldürməklə hədələyib.
Həmin şəxs Marneuli Rayon Məhkəməsinin qərarı əsasında axtarışda olub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxsi Marneulidə saxlayıblar.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs hazırda penitensiar müəssisəyə yerləşdirilib.


