1 USD =
3.4363 GEL
1 EUR =
4.1187 GEL
1 TRY =
0.4265 GEL
100 RUB =
4.5355 GEL
1 AZN =
2.0193 GEL
06 
Apr
2021
16:31
128

Kaxeti Polis Departamentinin Telavi rayon bölməsinin rəhbərinin keçmiş müavininin Telavi mərkəzi xəstəxanasının direktorunu öldürmə ittihamı ilə işi ağırlaşdırıldı

Kaxeti Polis Departamentinin Telavi rayon bölməsinin rəhbərinin keçmiş müavini Vano Zandaraşvilinin Telavi mərkəzi xəstəxanasının direktoru Zura Saçişvilini öldürmə ittihamı ilə işi ağırlaşdırılıb.

lnterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Prokurorluq ittihamın ağırlaşdırılması haqda bir  həftə öncə qərar qəbul edib.

İlk olaraq istintaqla Vano Zandaraşvilini qəsdən adam öldürmə və sağlamlığa ağır xəsarət yetirmə ilə ittiham olunurdu. İndi o, ağırlaşdırılmış ittihamla ağır şərtlərdə törədilmiş qətldə ittiham olunur.

Vano Zandaraşvilinin cinayət işi üzrə məhkəmə öncəsi proses aprelin 8-də Telavi Rayon Məhkəməsində baş tutacaq. Saxlanılan şəxs barəsində seçilmiş həbs qəti imkan tədbiri sözügedən iclasda nəzərdən keçiriləcək.

Məlumat üçün bildirək ki, Telavi Mərkəzi Xəstəxanasının direktoru Zura Saçişvili 25 dekabr 2020-ci ildə öldürülüb. Bununla əlaqədar olaraq, hüquq-mühafizə orqanları Kaxeti Polis Departamentinin Telavi Rayon Bölməsinin rəhbərinin keçmiş müavini Vano Zandaraşvili saxlanılıb. Prokurorluğun verdiyi məlumata görə, Vano Zandaraşvili və Zura Saçişvili gecə saatlarında Telavi rayonunun İğalto kəndinin mərkəzində Daxili İşlər Nazirliyinin balansında olan avtomobildə olub. Onlar arasında baş verən münaqişə nəticəsində odlu silahdan Vano Zandaraşvili tərəfindən yaxın məsafədən Vano Saçişviliyə bir neçə dəfə atəş açılıb. O, yerindəcə dünyasını dəyişib. Polis tərəfindən açılan atəş nəticəsində güllənin biri Saçişvilinin yanında outran şəxsin əl nahiyəsinə dəyib sağlamlığına ciddi ziyan vurulub.

Bizimlə əlaqə saxlayın