"İskəndər" raketləri Şuşanın iki ərazisində aşkarlanıb
"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb".
InterPress.ge-nin xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı deyib.
O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib:
Onun sözlərinə görə, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır:
"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”.