29 
Mar
2021
22:26
875

Saqareco (Qaraçöp) bələdiyyəsində bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Bölməsinin əməkdaşları aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Sagareco bələdiyyəsində yaralanma faktını açdılar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Mövcud məlumata görə, şübhəli 1982- cı il təvəllüdlü O.S. yaxalanıb.

Törədilən Cinayət 4 ildən 7 ilədək həbs cəzasını nəzərdə tutur.

"İstintaqla təsdiq olundu ki, təqsirləndirilən şəxsin keçmişdə olmuş məsələ ilə əlaqədar mübahisə zəminində 1977-ci il təvəllüdlü Z.K.-a tapança ilə xəsarət yetirərək hadisə yerindən qaçaraq gizlənib. Yaralı klinikaya yerləşdirilib və müvafiq tibbi yardım göstərilib. Polis, qısa müddət sonra Sagarecoda cinayətkarı həbs edib. Hüquq mühafizəçiləri sübut olaraq Makarov sistemli tapançanı götürüblər"- məlumatda bildirilir.

Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 236 və 120-ci maddələri ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər