26 
Mar
2021
11:23
790

DİN qəsdən adam öldürmə və adam öldürməyə cəhd faktı ilə əlaqədar 2 nəfər saxladı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin əməkdaşları Qurcaani Bələdiyyəsində üç nəfərin öldürülməsi və yaralanması faktını üzərə çıxarıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

İdarədən verilən məlumata görə, iki nəfər: 1965-ci il təvəllüdlü A.D. Və 1980-ci il təvəllüdlü G.D. saxlanılıb.

“İstintaq bu il 25 mart tarixində, Qurcaani Bələdiyyəsinin Çumlaki kəndi yaxınlığında, 1979-cu il təvəllüdlü M.B.-ya məxsus avtomobilə avtomatik odlu silahdan atəş açıldığını və nəticədə avtomobildə olan 1979-cu il təvəllüdü İ.Ç.-nın hadisə yerindəcə öldüyünü, 1990-cı il təvəllüdlü M.M., 1972-ci il təvəllüdlü Z.B. və avtomobilin sahibi M.B.-nin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını müəyyənləşdirdi.

​Hər üç yaralı klinikaya aparıldı və müvafi müalicə alırlar.

Saxlanılan müttəhimləri şəxsi axtarışı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 2 kalaşnikov sistemli avtomat, 2 silah doldurucusu və 8 sursat patronu götürdülər.

Qəsdən adam öldürmə və üç şəxsə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd, həmçinin qanunsuz olaraq odlu silah alma-saxlama və daşıma faktları Gürcüstan Cinayət Məcəlləsinin 108, 19-109 və 236-cı maddələri ilə araşdırılır" ,- məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın